Əziz sərnişinlər,
Dövlət Başçısının tapşırığı əsasında Bakı şəhərində
sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun sərnişindaşıma
xidmətinin təşkili məqsədi ilə “BakuBus”ın yaradılmasından 10 il keçir.
Ötən 10 il, bu uzaqgörən qərarın paytaxtımızın sərnişindaşıma
sahəsinə verdiyi töhvələrlə ələmətdar oldu. Belə ki, 2015-ci ildə fəaliyyətə
başlamış “BakuBus” MMC paytaxtımızın sərnişindaşıma sahəsinə yeni standartlar gətirmiş
və yeganə dövlət operatoru olaraq hazırda da bu standartlar əsasında fəaliyyətini
davam etdirməkdədir.
10 il ərzində “BakuBus” paytaxtımızda keçirilən
beynəlxalq tədbirlərin nəqliyyat operatoru rolundan hazırda Bakı şəhərinin sərnişindaşımasının
əsas daşıyıcı şirkətinə qədər uğurlu yol keçmişdir.
Fəaliyyətə başladığı ilk gündən təhlükəsizlik,
keyfiyyət və operativlilik prinsiplərini rəhbər tutan “BakuBus” bu gün də bu
prinsiplərə sadiqdir. Sərnişin məmnuniyyətini özünün fəaliyyət prioritetinə
çevirən “BakuBus” 10 illik yubileyini 800 milyonuncu sərnişinini daşımaqla qeyd
edir.