Siqaret çəkmək, elektron və ya digər tüstüsüz siqaretlərdən istifadə etmək qadağandır
Sürücü və ya sərnişinlər üçün narahatlıq yarada biləcək canlıları avtobusa mindirmək qadağandır
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, “BakuBus”-un nəzarətindən kənar olan qəza, hava şəraiti, yol nəqliyyat hadisələri və s. hallarda yaranacaq gecikmələrə görə məsuliyyət daşımır və bu hallarda təyinat nöqtəsinə müəyyən olunmuş vaxtda çatdırılmağa zəmanət vermir.
Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək,sərxoş vəziyyətdə avtobusa minmək, davranışları ilə digər sərnişinləri narahat etmək, sürücünün tələblərinə riayət etməmək qadağandır
Marşrut üzrə hərəkət edən avtobus yalnız əvvəlcədən xüsusi təyin olunmuş dayanacaqlarda dayanır
Avtobusun gəlib-gəlməməsini yoxlamaq məqsədilə yolun hərəkət hissəsinə çıxmaq həyatınız üçün təhlükə yaradır
Avtobus dayanacağa gəldikdə dərhal minməyə tələsməyin, gözləyin nəqliyyat vasitəsi tam dayansın və qapılar açıldıqdan sonra avtobusa yaxınlaşın
Avtobusa minik ön qapıdan çıxış isə orta və arxa qapılardandır
Avtobusa daxil olarkən yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara yol verin və ehtiyac yaranarsa onlara nəzakətlə köməklik göstərin
Digər sərnişinlərin avtobusa daxil olmasına əngəl yaratmamaq üçün salona daxil olduqdan sonra ləngimədən irəliləmək və qapıda dayanmamaq tələb olunur
Salondakı tutacaqlardan tutmaq vacibdir, çünki avtobus hərəkət etdikdə, ani dayandıqda və ya başqa hallarda xəsarət ala bilərsiniz
Oturacaqları əşyalarınızla məşğul etmək, salonu çirkləndirmək, müxtəlif ərzaq və məişət tullantılarını salonda qoymaq və avtobusdan kənara tullamaq qadağandır
Avtobusda etik davranış qaydalarına əməl etmək lazımdır. Digər sərnişinləri narahat edəcək əşyalarla avtobusa daxil olmaq qadağandır
Qəza zamanı sürücü əyləcə qəfil basdığı zaman salonda daha çox xəsarət alan xəstə və qocaların olduğunu nəzərə alaraq onlara əyləşmək üçün yer verin, bu həm təhlükəsizlik həm də nəzakət qaydasıdır
Avtobus hərəkətdə olduğu zaman sürücünün diqqətini yayındırmaq, ona müxtəlif suallar vermək və ya açması üçün qapıya vurmaq qəti qadağandır
Avtobusdan enməzdən öncə çıxışa yaxınlaşmaq lazımdır. Ancaq avtobusun dayandığına əmin olduqdan və qapılar açıldıqdan sonra qapıya yaxınlaşın
Əgər sərnişin uşaqla avtobusa minibsə təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirməli, mənzil başına çatdıqda isə uşaqlardan öncə enməlidir. Əks halda uşaqlar avtobusun altına yıxıla və ya yolun hərəkət hissəsinə qaça bilərlər
Avtobusdan endikdən sonra yolun hərəkət hissəsindən piyadalar üçün çəkilən zolaqdan hərəkət edin. Əgər zolaq yoxdursa avtobusun dayanacaqdan ayrılmasını gözləyib sonra yolu keçmək lazımdır. Avtobusun qarşısından yolu keçmək həyatınız üçün təhlükəlidir
Əks halda uşaqlar avtobusun altına yıxıla və ya yolun hərəkət hissəsinə qaça bilərlər Avtobusdan endikdən sonra yolun hərəkət hissəsindən piyadalar üçün çəkilən zolaqdan hərəkət edin. Əgər zolaq yoxdursa avtobusun dayanacaqdan ayrılmasını gözləyib sonra yolu keçmək lazımdır. Avtobusun qarşısından yolu keçmək həyatınız üçün təhlükəlidir