H1 Airport Express Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə şəhərin əsas nəqliyyat mübadilə mərkəzlərini birləşdirən müntəzəm marşrut xəttidir. Marşrut Hava Limanı, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və “28 May” metrostansiyası istiqamətində fəaliyyət göstərib 24/7 sərnişinlərə xidmət edir.


Xətt üzrə xüsusi dizayn edilib hazırlanmış Neoplan markalı avtobuslar xidmət göstərir. Avtobuslar geniş baqaj sahəsi, soyuducu və məlumatlandırma monitorları ilə təchiz olunub. H1 xətti 15 dəqiqə interval ilə hərəkət edir. Gediş haqqı 1,30 AZN-dir. Ödəniş yerli bank kartları, “Google Pay”, “Apple Pay”, “BakıKart”, həmçinin m10 və "Birbank" mobil tətbiqləri vasitəsilə həyata keçirilir.


Bundan əlavə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində “BakuBus”a məxsus məlumat stendi yerləşdirilib. Stenddə gün ərzində sərnişinlərə xidmət göstərən məlumat köşkü mütəxəssisləri fəaliyyət göstərir.




The H1 Airport Express is a regular bus route connecting Heydar Aliyev International Airport with the city’s main transport interchange hubs. The route operates between the airport, “Koroglu” Transport Interchange Center, and the “28 May” metro station, providing 24/7 service to passengers.


The route is operated by specially designed Neoplan buses. The buses are equipped with spacious luggage compartments, air conditioning, and passenger information monitors. H1 buses operate at 15 minute intervals. The fare is 1.30 AZN.


Payments are accepted via local and international bank cards, “Google Pay”, “Apple Pay”, “BakıKart”, as well as through the “m10” and “Birbank” mobile applications.


In addition, a dedicated BakuBus information stand is located within the territory of Heydar Aliyev International Airport. Throughout the day, passengers are assisted by customer information desk specialists stationed at the stand.