BakıKART balansının aşağıdakı üsullarla artırılması mümkündür

Terminal

Balansın artırılması üçün Siz "BakıKART" kartının balansını "BakıKART" portalı, həmçinin Bakı metrosunda, avtobus dayanacaqlarında və mağazalarda yerləşən "BakıKART" və "MilliÖN" terminalları vasitəsilə artıra bilərsiniz. Bir dəfəyə maksimal yükləmə məbləği 100 AZN təşkil edir. 

                                             

"BakıKART" portalı vasitəsilə  balans artırma

"BakıKART" portalı vasitəsilə kartın balansını artırmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirməlisiniz:

1. Qeydiyyatdan keçdikdən sonra hesabınıza daxil olmaq;

2. ""BakıKART" balansını artır" düyməsini və ya "BakıKART"larım bölməsindən yaddaşda saxladığınız "BakıKART" kartını seçmək;

3. Ödəniş vasitəsini seçmək: Pul kisəsi və ya Bank kartı;

4. Bank kartı ilə ödəniş edildikdə, yadda saxlanılmış "BakıKART" kartını seçmək və ya digər kartın nömrəsini daxil etmək;

5. 0.10 AZN-dən 100 AZN-ə qədər tələb olunan məbləği daxil etmək;

6. "Yüklə" düyməsini seçdikdən bank kartının məlumatlarını daxil edərək ödənişi tamamlamaq.

 

 Mobil tətbiq

İctimai nəqliyyatda onlayn gediş haqqını ödəmək üçün artıq mobil tətbiqindən həm plastik kartın balansını artırmaq, həm də plastik karta ehtiyac olmadan mobil telefon vasitəsilə ödənişlərinizi həyata keçirə bilərsiniz. Mobil tətbiq Android və İOS əməliyyat sistemini dəstəkləyir.