Sürücülərin işə qəbulu hansı qaydada həyata keçirilir?
Tələblər:
- Yaşı 25-dən az, 65-dən çox olmayan şəxslər.
- Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər.
- Sağlamlıq imkanları məhdud olmayan şəxslər.
Qaydalar:
- Tələblərə uyğun gələn namizədlərlə “BakuBus” MMC-nin İnsan Resursları şöbəsi tərəfindən görüş təyin edilir, görüş əsnasında tələb olunan sənədlərə ilkin baxış keçirilir və müvafiq müsahibədən keçdikdən sonra mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi”nə təlim məqsədilə yönləndirilir.
- Təlimə başlamamışdan öncə
namizədlər sağlamlıq haqqında və məhkumluğun olmaması haqqında aidiyyatı
qurumdan arayışlar təqdim edir.
- Sürücü təlimi 10 gün müddətində davam edir, təlimi müvəffəqiyyətlə bitirən, sertifikat alan namizədlər “BakuBus” MMC-də əmək müqaviləsi bağlanılmaqla işə qəbul edilir.
Marşrut xətləri hansı halda BakuBus MMC-nin istismarına verilə bilər?
"BakuBus" MMC tərəfindən yeni marşrut xətlərinin istismarı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mütamadi olaraq keçirilən müsabiqələrdə iştirak vasitəsilə həyata keçirilir. Müsabiqələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi" haqqında qanunla tətbiq edilir.
"BakıKART" balansını necə artırmaq olar?
BakıKart balansının aşağıdakı üsullarla artırılması mümkündür:
Terminal
Balansın artırılması üçün Siz "BakıKART" kartının balansını "BakıKART" portalı, həmçinin Bakı metrosunda, avtobus dayanacaqlarında və mağazalarda yerləşən "BakıKART" və "MilliÖN" terminalları vasitəsilə artıra bilərsiniz. Bir dəfəyə maksimal yükləmə məbləği 100 AZN təşkil edir.
"BakıKART" portalı vasitəsilə balans artırma
"BakıKART" portalı vasitəsilə kartın balansını artırmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirməlisiniz:
1. Qeydiyyatdan keçdikdən sonra hesabınıza daxil olmaq;
2. ""BakıKART" balansını artır" düyməsini və ya "BakıKART"larım bölməsindən yaddaşda saxladığınız "BakıKART" kartını seçmək;
3. Ödəniş vasitəsini seçmək: Pul kisəsi və ya Bank kartı;
4. Bank kartı ilə ödəniş edildikdə, yadda saxlanılmış "BakıKART" kartını seçmək və ya digər kartın nömrəsini daxil etmək;
5. 0.10 AZN-dən 100 AZN-ə qədər tələb olunan məbləği daxil etmək;
6. "Yüklə" düyməsini seçdikdən bank kartının məlumatlarını daxil edərək ödənişi tamamlamaq.
Mobil tətbiq
İctimai nəqliyyatda onlayn gediş haqqını ödəmək üçün artıq mobil tətbiqindən həm plastik kartın balansını artırmaq, həm də plastik karta ehtiyac olmadan mobil telefon vasitəsilə ödənişlərinizi həyata keçirə bilərsiniz. Mobil tətbiq Android və İOS əməliyyat sistemini dəstəkləyir.
İtmiş və ya unudulmuş əşyalarla bağlı necə müraciət etməli?
"BakuBus"-ın xidməti barədə rəy (şikayət və təklifləri) necə bildirmək olar?