Bakı-Sumqayıt ekspress marşrut xətti 21 yanvar tarixindən fəaliyyətə başlayacaqdır

Bildiyiniz kimi, ictimai nəqliyyatın inkişafı ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, onun tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan əsas istiqamətlərdən biri xidmətin əhatə dairəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlıdır. Bakı-Sumqayıt yeni ekspres marşrut xətti də bu istiqamətdə növbəti mühüm addımdır. Yeni xətt 21 yanvar tarixindən fəaliyyətə başlayacaqdır.

BakuBus-ın istismarına verilmiş Eksress marşrut xətti Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə  Sumqayıt Avtovağzalını əlaqələndirəcəkdir. Xəttdə müasir tələblərə cavab verən komfort avtobuslar      işləyəcəkdir.  48 oturacaq yerinə malik   avtobuslarda baqaj imkanları da mövcuddur.

Marşrut xətti üzrə İnterval- 11 dəqiqə, pik saatlar 7-8 dəqiqə təşkil edəcəkdir. Səhər  Sumqayıtdan  ilk çıxış vaxtı  saat 5:50, Bakı şəhərindən ilk çıxış       vaxtı isə  saat 6:30-dur.Axşam Bakıdan son çıxış vaxtı 23:00, Sumqayıtdan son  çıxış vaxtı isə  22:20 olacaqdır.

Yeni ekspes xətt üzrə gediş haqqi 80 qəpik təşkil edəcəkdir. Onu da nəzərinizə çatdırım ki, BakuBus-ın istismarında olan bütün marşrut xəttləridə olduğu kimi, bu xəttdə də ödəniş Bakı Kart vasitəsilə həyata keçiriləcəkdir.Sərnişinlərin yeni xətt üzrə rahat və təhlükəsiz səyahəti üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Fürsətdən istifadə edək sərnişinlərə xoş səyahətlər arzulayırıq!

 

"28 May" Nəqliyyat Mübadilə Mərkəzində aparılan təmir işləri ilə əlaqədar marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilir.

20.06.2024

Bakı-Mingəçevir müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verildi.

01.06.2024

Bakı-Gəncə müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verildi.

27.05.2024

01.06.2024- cü il tarixindən avtobuslarda kondisionerlər işlək vəziyyətdə olacaqdır.

31.05.2024

Express avtobuslarda interval 25 dəqiqəyə endirildi.

21.05.2024

33 nömrəli müntəzəm marşrut xətti "BakuBus" MMC-nin istismarına verildi.

20.04.2024

10 il sizinlə

04.04.2024

Bakubus-ın marşrut xəttinə daha bir elektrik avtobusu buraxıldı.

29.03.2024

Bakı-Sumqayıt ekspress marşrut xətti 21 yanvar tarixindən fəaliyyətə başlayacaqdır

19.01.2024

2023 -cü il üzrə fəaliyyətimizin əsas statistik göstəricilərini Sizə təqdim edirik.

09.01.2024