2023 -cü il üzrə fəaliyyətimizin əsas statistik göstəricilərini Sizə təqdim edirik.

2023-cü il “BakuBus” MMC-nin fəaliyyətində əhəmiyyətli müsbət dəyişikliklərlə yadda qalmışdır. Bu dəyişikliklər, fəaliyyətimizin əsas statistik göstəricilərində də öz əksini tapmışdır. Belə ki, 2023-cü ildə “BakuBus” MMC 123,539,024 milyon sərnişin daşımasını həyata keçirmişdir. Bu da ötən illə müqayisədə 15.3% artım deməkdir. Bundan əlavə, 2023-cü ildə “BakuBus”  MMC-nin istismarına 9 yeni marşrut xətti (189, 172, 163, 149, 139, 57, 44, 4 və 108A) verilmişdir. Bu da  paytaxtımızın ictimai nəqliyyatında mövcud 112 avtobusun yenilənməsi və müasir standartlara cavab verən avtobuslarla əvəz olunması deməkdir.

Sərnişindaşıma xidmətinin  əhatə dairəsinin genişlənməsilə yanaşı, fəaliyyətimizin prioriteti olan sərnişin məmnuniyyəti ötən il də diqqət mərkəzimizdə olmuşdur. Belə ki, xidmət keyfiyyətini fəaliyyət standartına çevirən “BakuBus” MMC, ötən il  bu istiqamətdə yeni institusional addım atmış, keyfiyyətə nəzarət mütəxəssisləri sistemi yaradılmışdır.  Bu mütəxəssislər, gündəlik əsasda bilavasitə xidmət zamanı keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin rəyini öyrənirlər.

Bununla yanaşı, onlayn dispetçer sistemi  təkmilləşdirilmiş və  avtobusların marşrut xətləri üzrə idarə olunmasının səmərəliliyi artırılmışdır.

Eyni zamanda, 2023-cü il ərzində 6021 vətandaş müraciəti daxil olmuşdur. Bu da ötən illə müqayisədə 17,4% artım deməkdir. Bütün vətandaş müraciətlərinin operativ cavablandırılması təmin edilmişdir.

"28 May" Nəqliyyat Mübadilə Mərkəzində aparılan təmir işləri ilə əlaqədar marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilir.

20.06.2024

Bakı-Mingəçevir müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verildi.

01.06.2024

Bakı-Gəncə müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verildi.

27.05.2024

01.06.2024- cü il tarixindən avtobuslarda kondisionerlər işlək vəziyyətdə olacaqdır.

31.05.2024

Express avtobuslarda interval 25 dəqiqəyə endirildi.

21.05.2024

33 nömrəli müntəzəm marşrut xətti "BakuBus" MMC-nin istismarına verildi.

20.04.2024

10 il sizinlə

04.04.2024

Bakubus-ın marşrut xəttinə daha bir elektrik avtobusu buraxıldı.

29.03.2024

Bakı-Sumqayıt ekspress marşrut xətti 21 yanvar tarixindən fəaliyyətə başlayacaqdır

19.01.2024

2023 -cü il üzrə fəaliyyətimizin əsas statistik göstəricilərini Sizə təqdim edirik.

09.01.2024