Sərnişin məmnuniyyətinin artırılması, keyfiyyətin yüksəldilməsi “BakuBus MMC”-nin fəaliyyət prioriteti olaraq diqqət mərkəzindədir və bu istiqamətdə mütəmadi olaraq təkmilləşdirmə işləri aparılır.
Xidmət keyfiyyətinin yüksək səviyyəyə çatdırılması baxımından fikirləriniz bizim üçün önəmlidir.
Vətandaşlarla birbaşa ünsiyyət imkanlarımızın artırılması məqsədilə “BakuBus” yeni layihəyə - “Sərnişin rəyi” adlı layihəyə start vermişdir.
Layihə ayda bir dəfə olmaqla davamlı şəkildə “BakuBus” rəhbər işçiləri ilə sərnişinlərin üzbəüz görüşünü nəzərdə tutur.