2015-ci ildə yaradılmış “BakuBus” MMC paytaxtımızın sərnişindaşıma sahəsinə yeni standartlar gətirmiş və yeganə dövlət operatoru olaraq hazırda da bu standartlar əsasında fəaliyyətini davam etdirməkdədir. Fəaliyyətə başladığı ilk gündən təhlükəsizlik, keyfiyyət və operativlilik prinsiplərini rəhbər tutan “BakuBus” bu gün də bu prinsiplərə sadiqdir. “BakuBus” tərəfindən indiyədək 750 milyondan çox sərnişin səfəri təşkil edilmişdir. Hazırda Bakı şəhəri üzrə avtobusla sərnişindaşımanın 23%-ni həyata keçirən müəssisənin gündəlik sərnişin dövriyyəsi 350 mindən çoxdur.Sizə xidmətin bu statistikası ilə qürur duyuruq.
Biz, fəaliyyətimizin nəticələrinin Sizin rəylərinizlə müəyyən edildiyi qənaətindəyik.Bu baxımdan, Sizi daha yaxından əməkdaşlığa və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından fikirlərinizi bizimlə bölüşməyə dəvət edirik.