“BakıKart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən yeni elektron ödəniş kartıdır.Bu kartların təhlükəsizliyi yeni texnalogiyaların tətbiqi ilə ən yüksək səviyyədə qorunur. “BakıKART” və “BakıKART Məhdud istifadə üçün” kartlarını bütün stansiyaların vestibüllərində və “BakuBus” MMC-yə məxsus olan marşrutların dayanacaqlarında quraşdırılmış yeni terminallarından əldə etmək olar. “BakıKART” (Plastik kart)-ın satış qiyməti 2 (iki) manatdır. 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda “BakıKART” ın balansının artırılması mümkündür. “BakıKART” və “BakıKART Məhdud istifadə üçün” kartın satış qiyməti 20 qəpikdir. bu növ karta yalnız satın alındığı zaman 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda bu növ kartın balansınınm artırılması mümkün deyildir.
QEYD:Hər iki növ kart heç bir halda geri qaytarılmır.
“BakıKART” ilə yaranmış hər hansı bir problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov”, “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart Analiz” mərkəzlərinə və ya*4343 nömrəsinə müraciət edə bilərsiniz.
ÖDƏNİŞ KARTININ ALINMASI
BALANSIN ARTIRILMASI