Logo
  • English
BakuBus Facebook Page
BakuBus Youtube Page
  • HAQQIMIZDA
  • BİLETLƏR VƏ QİYMƏTLƏR
  • İSTİFADƏ QAYDALARI
  • KARYERA
  • BİZİMLƏ ƏLAQƏ
  • XƏBƏRLƏR

Satınalmalar

BakuBus-la səyahətBakuBus-la səyahət
Virtual turVirtual tur
Görkəmli yerlərGörkəmli yerlər
Ekspress XəttEkspress Xətt
Bakı kartBakı kart
BakuBus © 2023

Satınalmalar

Click to change search method Marşrut axtarışı
Click to change search method Ünvan üzrə axtarış

Nəticə

Məsafə:

Avtobuslar:

BakuBus-la səyahətBakuBus-la səyahət
Virtual turVirtual tur
Görkəmli yerlərGörkəmli yerlər
Ekspress XəttEkspress Xətt
Bakı kartBakı kart
BakuBus © 2023

“BakuBus”  avtobuslarında aşağıdakı təhlükəsizlik və davranış qaydalarına riayət etmək VACİBDİR!

                   
  • Siqaret çəkmək, elektron və ya digər tüstüsüz siqaretlərdən istifadə etmək qadağandır  
  • Sürücü və ya sərnişinlər üçün narahatlıq yarada biləcək canlıları avtobusa mindirmək qadağandır 
  • Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, “BakuBus”-un nəzarətindən kənar olan  qəza, hava şəraiti, yol nəqliyyat hadisələri və s. hallarda yaranacaq gecikmələrə görə məsuliyyət daşımır və bu hallarda təyinat nöqtəsinə müəyyən olunmuş vaxtda çatdırılmağa zəmanət vermir.
  • Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək,sərxoş vəziyyətdə avtobusa minmək, davranışları ilə digər sərnişinləri narahat etmək, sürücünün tələblərinə riayət etməmək qadağandır 
  • Marşrut üzrə hərəkət edən avtobus yalnız əvvəlcədən xüsusi təyin olunmuş dayanacaqlarda dayanır
  • Avtobusun gəlib-gəlməməsini yoxlamaq məqsədiləyolun hərəkət hissəsinə çıxmaq həyatınız üçün təhlükə yaradır
  • Avtobus dayanacağa gəldikdə dərhal minməyə tələsməyin,gözləyin nəqliyyat vasitəsi tam dayansın və qapılar açıldıqdan sonra avtobusa yaxınlaşın
  • Avtobusa minik ön qapıdan çıxış isə orta və arxaqapılardandır
  • Avtobusa daxil olarkən  yaşlılara, əlillərə, körpələrə, hamiləqadınlara yol verin və ehtiyac yaranarsa onlara nəzakətlə köməklik göstərin
  • Digər sərnişinlərin avtobusa daxil olmasına əngəlyaratmamaq üçün salona daxil olduqdan sonra ləngimədən irəliləmək və qapıda dayanmamaq tələb olunur
  • Salondakı tutacaqlardan tutmaq vacibdir, çünkiavtobus hərəkət etdikdə, ani dayandıqda və ya başqa hallarda xəsarət ala bilərsiniz
  • Oturacaqları əşyalarınızla məşğul etmək, salonuçirkləndirmək, müxtəlif ərzaq və məişət tullantılarını salonda qoymaq vəavtobusdan kənara tullamaq qadağandır
  • Avtobusda etik davranış qaydalarına əməl etməklazımdır. Digər sərnişinləri narahat edəcək əşyalarla avtobusa daxil olmaqqadağandır
  • Qəza zamanı sürücü əyləcə qəfil  basdığı zaman salonda daha çox xəsarət alan xəstəvə qocaların olduğunu nəzərə alaraq onlara əyləşmək üçün yer verin, bu həm təhlükəsizlikhəm də  nəzakət qaydasıdır
  • Avtobus  hərəkətdəolduğu zaman sürücünün diqqətini yayındırmaq, ona müxtəlif suallar vermək və yaaçması üçün qapıya vurmaq qəti qadağandır
  • Avtobusdan enməzdən öncə çıxışa yaxınlaşmaqlazımdır. Ancaq  avtobusun dayandığına əminolduqdan və qapılar açıldıqdan sonra qapıya yaxınlaşın
  • Əgər sərnişin uşaqla avtobusa minibsə təhlükəsizlikqaydalarına xüsusi diqqət yetirməli, mənzil başına çatdıqda isə uşaqlardan öncəenməlidir. Əks halda uşaqlar avtobusun altına yıxıla və ya yolun hərəkət hissəsinəqaça bilərlər
  • Avtobusdan endikdən sonra yolun hərəkət hissəsindənpiyadalar üçün çəkilən zolaqdan hərəkət edin. Əgər zolaq yoxdursa avtobusundayanacaqdan ayrılmasını gözləyib sonra yolu keçmək lazımdır. Avtobusunqarşısından yolu keçmək həyatınız üçün təhlükəlidir

Müraciət